Fabio Vieyra Bundesliqa yolunda
“Arsenal”ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını Almaniyada davam etdirə bilər.
TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “Ştutqart” klubu portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bildirilir ki, klublar arasında 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Fabio Vieyra ötən mövsüm icarə əsasında “Portu”nun formasını geyinib. O, komandanın heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN