"Əl-Nəsr" məğlub oldu
"Almeriya"nın Aralıq dənizi Oyunları Stadionunda keçirilən oyunda ev sahibi komanda 6-cı dəqiqədə Serxio Arribasin qolu ilə hesabı açaraq 1:0 önə keçib.
TodayPress TV xəbər verir ki, "Əl-Nəsr" isə 17-ci dəqiqədə Kriştianu Ronaldunun qolu ilə bərabərlik əldə edib, 39-cu dəqiqədə isə onun penaltidən vurduğu qol hesabı 2:1-ə gətirib.
Matçın qalan hissəsində oyunun idarəsini ələ alan "Almeriya", Adrian Embarba Blaskesin 43 və 61-ci dəqiqələrdə vurduğu qollar sayəsində qarşılaşmanı 3:2 hesabı ilə qələbə ilə başa vurub.
Töhfə Səməd