“Əl-Hilal” “Liverpul”la razılaşdı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Darvin Nunesin transferi üçün “Liverpul”la razılığa gəlib.
TodayPress TV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klub artıq 26 yaşlı forvardın özü ilə danışıqlara başlayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” Uruqvay millisinin futbolçusu ilə şəxsi müqavilə üzrə danışıqlar aparır.
Qeyd edək ki, “Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi şəxsən özü Nuneslə maraqlanır.
Namiq HUN