Dünya çempionu doğum gününə bir gün qalmış vəfat etdi
1988-ci il Olimpiya Oyunlarının bürünc medalçısı, SSRİ-nin Əməkdar İdman Ustası Vladimir Popov 63 yaşında Omsk şəhərində dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə Omsk vilayəti Güləş Federasiyası məlumat yayıb.
Federasiyanın avqustun 2-də verdiyi açıqlamada bildirilib:
"64 yaşına bir il qalmış qəfil vəfat edən Vladimir Popov klassik güləş üzrə SSRİ-nin Əməkdar İdman Ustası, 1988-ci il Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionu, Dünya Kubokunun sahibi, ikiqat Avropa çempionu və ikiqat SSRİ çempionu idi".
Töhfə Səməd