DeVito NBA nəhənglərinin yanında: 56 sm-lik boy fərqi!
Məşhur amerikalı aktyor, rejissor və prodüser Denni DeVito keçmiş NBA basketbolçuları Stiven Cekson və Mett Barns ilə görüşüb.
TodayPress TV xəbər verir ki, görüşdən çəkilən foto basketbolçuların podkastının sosial şəbəkə hesabında paylaşılıb.
Fotoda boy fərqi diqqət çəkib. Belə ki, DeVitonun boyu 147 sm, onunla bir araya gələn keçmiş NBA oyunçuları Stiven Ceksonun boyu 201 sm, Mett Barnsın isə 203 sm təşkil edir.
Aktyorun qısa boylu olmasının səbəbi nadir irsi xəstəlik olan çoxsaylı epifiz displaziyası “Fairbank” xəstəliyidir. Bu patologiya uzun sümüklərin oynaq uclarında yerləşən epifizlərə təsir göstərərək onların normal inkişafını və böyüməsini pozur.
Bununla belə, xəstəlik insanın intellektinə və ömrünün uzunluğuna təsir göstərmir. DeVito da bu diaqnoza baxmayaraq, Hollivudda uğurlu karyera qurmağı bacarıb.
Namiq HUN