Keçmiş UFC çempionu Trampı tənqid etdi

İdman

18.06.2025 11:34

ABŞ-nin keçmiş UFC orta çəki çempionu (84 kq) Şon Striklend ölkə prezidenti Donald Trampı İsrail və İran arasında mümkün müharibəyə ABŞ-ın qoşulması ehtimalına görə sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, 34 yaşlı idmançı sosial şəbəkədə yazdığı paylaşımda Trampın İran üzərində “hava məkanına tam nəzarət” və ABŞ-nin silahlarının üstünlüyü ilə bağlı bəyanatına reaksiya verib:

“Amerika xalqı İsrailin müharibəsində iştirak etmək istəmir…Bu, bizim müharibəmiz deyil. Biz bunu istəmirik. Sizi xalq seçib. Sizi seçən insanları dinləyin. Biz bunu istəmirik!”

Qeyd edək ki, Striklend daha əvvəl Trampın açıq tərəfdarlarından biri olub və idmançılar arasında onun ən fəal dəstəkçilərindən sayılırdı. Lakin son dövrlərdə o, ABŞ prezidentinin siyasətinə qarşı tənqidi mövqe tutmağa başlayıb.

Namiq HUN

tag: UFC,Çempion,Tramp,Tənqid,Todaypress.tv,