Con Torrinqton: “Əfsanəvi futbolçunun bizi seçməsindən qürur duyuruq”
İdman
08.08.2025 09:00
Futbol üzrə Cənubi Koreya millisinin üzvü Son Hın Minin yeni klubu müəyyənləşib.
TodayPress TV xəbər verir ki, 33 yaşlı futbolçu ABŞ-nin “Los Anceles Kings” klubu ilə anlaşıb.
Tərəflər arasında 2 illik sözləşmə imzalanıb.
MLS təmsilçisi “Los Anceles”in həmsədri və baş meneceri Con Torrinqton Cənubi Koreya millisinin hücumçusu Son Hın Minin transferinin səbəbini açıqlayıb.
“Sonni dünya şöhrətli ulduzdur və beynəlxalq futbolun ən dinamik, təcrübəli oyunçularından biridir. Onun ambisiyası, bacarığı və xarakteri “Los Anceles” klubunun dəyərləri ilə tam uyğun gəlir. Belə bir əfsanəvi futbolçunun karyerasının növbəti mərhələsi üçün bizi seçməsindən qürur duyuruq. O, doğuşdan qalibdir və əminik ki, komandamızı daha yüksək səviyyəyə qaldıracaq, həm meydanda, həm də onun hüdudlarından kənarda cəmiyyətimiz üçün ilham mənbəyi olacaq”, – deyə Torrinqton klubun rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, Son Hın Min peşəkar karyerasına “Seul” və “Hamburq” klublarında başlayıb. O, daha sonra “Bayer”də çıxış edib və 2015-ci ildə “Tottenhem”ə keçib. Forvard London təmsilçisinin heyətində çıxış etdiyi 10 il ərzində 454 oyuna çıxıb. Forvard bu müddətdə 173 qol vurub və 101 məhsuldar ötürmə edib. Son Hın Min 2024/2025 mövsümündə “Tottenhem”lə Avropa Liqasının qalibi olub.
Namiq HUN
tag: Son Hın Min,Los Anceles Kings,Klub,Transfer,Todaypress.tv,