“Neftçi” 17200 manat cərimə ödəyəcək
İdman
09.10.2025 15:32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
TodayPress TV xəbər verir ki, iclasda Premyer Liqanın VII turunda qeydə alınan qayda pozuntuları ilə bağlı sərt qərar qəbul edilib.
“Zirə” - “Neftçi” oyununda qəsəbə təmsilçisinin futbolçusu Ayron Qomis qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “qartallar” isə 500 manat cərimə edilib. Qarşılaşmada VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu əlavə 1000 manat ziyana düşüb.
Bu oyunda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Həmçinin “ağ-qaralar”ın azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə klub 10000 manat cərimə ödəyəcək. Bundan başqa “Neftçi”nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb və komandası 5000 manat cərimələnib.
Namiq HUN
tag: Neftçi,Klub,AFFA,Cəza,Todaypress.tv,
