Cokoviçin US Open arzusu: Federer onun şansını açıqladı
20 qat “Böyük dəbilqə” çempionu, isveçrəli tennisçi Rocer Federer serbiyalı Novak Cokoviçin 2026-cı il US Open turnirində qalib gəlmək şanslarını dəyərləndirib.
TodayPress TV “Punto de Break”ə istinadən xəbər verir ki, Federer Cokoviçin turnirdə iştirak etdiyi müddətdə onun hər zaman qalib olmaq şansının olduğunu bildirib.
“Düşünürəm ki, Novak hansı turnirdə iştirak edirsə etsin, istər “Böyük dəbilqə” turniri, istərsə də başqa yarış olsun, onun qalib gəlmək şansı var. Bu, mənim fikrimdir. Mən Novaka böyük hörmət bəsləyirəm. Onun nəyə qadir olduğunu dəfələrlə görmüşəm. O, bunu müxtəlif turnirlərdə və ən yüksək səviyyədə edib. Düşünürəm ki, o, turnir cədvəlində olduğu müddətdə həmişə şansa sahibdir”, – deyə Federer açıqlama verib.
Qeyd edək ki, 2026-cı il US Open turniri avqustun 30-dan sentyabrın 13-dək keçiriləcək. Yarışın son qalibi ispaniyalı Karlos Alkarasdır.
Namiq HUN