ÇL matçından sonra qalmaqal: “Lion” futbolçusu Genduzini müdafiə etdi

ÇL matçından sonra qalmaqal: “Lion” futbolçusu Genduzini müdafiə etdi
27.08.2026 08:25 İdman

“Lion”un hücumçusu Lua Openda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Fənərbağça” ilə cavab oyunundan (1:2) sonra baş verən insident barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb. 

Fransalı futbolçu qarşılaşmadan sonra “Fənərbağça”nın yarımmüdafiəçisi Matteo Genduzinin “Lion” azarkeşlərini təxribata çəkdiyi iddiasına münasibət bildirib. Bundan sonra “Lion”un qapıçılar üzrə məşqçisi Antonio Ferreyranın Genduzinin üzərinə hücum etdiyi bildirilmişdi.

“Gəlin, artıq bu barədə danışmayaq. Bu, görmək istədiyimiz mənzərə deyil. Belə hadisələr futbolun imicinə müsbət təsir göstərmir. Hər kəs öz paltardəyişmə otağına qayıtmalı və mövsümünə köklənməlidir.

Genduzi Genduzidir, biz onu tanıyırıq. Amma mən Matteo Genduzi deyiləm. Onun adından danışa bilmərəm və onu tənqid edə bilmərəm”, – deyə Opendanı bildirib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən “Fənərbağça” “Lion”u mübarizədən kənarlaşdıraraq 17 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Fransa təmsilçisi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər