Çinli çempionun rekordu tarixə qovuşdu: 17 yaşlı yaponiyalı sensasiya imzaladı!

Çinli çempionun rekordu tarixə qovuşdu: 17 yaşlı yaponiyalı sensasiya imzaladı!
24.09.2026 14:32 İdman

Yaponiyanın 17 yaşlı üzgüçüsü Sin Ohasi ölkəsində keçirilən Asiya Oyunlarında 200 metr məsafəyə brass üslubunda üzməkdə yeni dunya rekorduna imza atıb.

TodayPress TV xəbər verir ki, gənc idmançı məsafəni 2 dəqiqə 04,83 saniyəyə qət edərək tarixi nəticə göstərib. 

Bununla da Ohasi çinli Tsin Hayyanın 2023-cü ildə Fukuokada keçirilən dünya çempionatında müəyyənləşdirdiyi rekordu (2.05,48) geridə qoyub.

Yarışda ikinci yeri Qırğızıstan təmsilçisi Denis Petraşov (2.08,67), bürünc medalı isə cənubi koreyalı Ço Sondje (2.08,76) qazanıb.

Qeyd edək ki, Sin Ohasi cari Asiya Oyunlarında daha əvvəl 100 metr məsafəyə браss üslubunda qızıl, həmçinin kişilər və qarışıq komandalar arasında 4x100 metr kombinə edilmiş estafet yarışlarında iki gümüş medal qazanıb. 

Yaponiyanın Naqoya şəhərində təşkil olunan Asiya Oyunlarına oktyabrın 4-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər