Moskvada nə baş verir? - Tələbələr təcili təxliyə olundu - VİDEO

Moskvada nə baş verir? - Tələbələr təcili təxliyə olundu - VİDEO
24.09.2026 14:51 Dünya

Moskvanın ali təhsil müəssisələrində kütləvi təxliyə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, tələbələr və heyət ən azı altı təhsil müəssisəsindən təcili çölə çıxarılıb.

Təxliyə prosesi Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetini, QİTİS-i (Rusiya Teatr Sənəti İnstitutu), Dövlət Maarif Universitetini və Moskva İdman və Turizm Universitetini (MGU SİT) əhatə edib.

QİTİS-in binasına bomba qoyulması barədə daxil olan anonim məlumatdan sonra həyəcan siqnalı verilib, digər ali məktəblərdəki təxliyənin dəqiq səbəbləri isə hələlik açıqlanmır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi xidmət orqanları cəlb olunub. Təxliyə prosesi və daxil olan xəbərdarlıqlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər