Çində Dünya Oyunları başladı
Çinin Çendu şəhərində 12-ci Dünya Oyunları keçirilir.
TodayPress TV xəbər verir ki, Oyunların açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Üçrəngli bayrağımızla paraddan keçən Azərbaycan komandası avqustun 17-dək davam edəcək multi-idman oyunlarında akrobatika və aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparacaq.
Millimiz Dünya Oyunlarında 14 idmançı (11 kişi, 3 qadın) ilə təmsil olunur.
Namiq HUN