Brunu Fernandeş: “Pul deyil, klub layihəsi mənim üçün vacib idi”

İdman

25.10.2025 15:35

“Mançester Yunayted” klubunun kapitanı və yarımmüdafiəçisi Brunu Fernandeş yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klublarından — “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-İttihad”dan aldığı yüksək maliyyəli təkliflərə baxmayaraq, komandasını tərk etməməsinin səbəblərini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, onun “Əl-Nəsr”ə keçidi ilə şəxsən həmvətəni Kriştianu Ronaldu maraqlanıb. Portuqaliyalı hücumçu müqaviləsini uzatdıqdan sonra klubun transfer siyasətinə təsir imkanına sahib olub.

“Baş məşqçi mənimlə danışdı və hələ də layihənin bir hissəsi olduğumu dedi. Klub rəhbərliyi də eyni fikirdə idi. Mən həmişə demişəm ki, əgər klub desəydi: “Brunu, sən artıq 30 yaşındasan, pul qazanmaq istəyirik, səni gələcək planlarda görmürük”, o zaman mən özüm və ailəm üçün ən yaxşı qərarı verərdim və gedərdim. Amma belə olmadı. Mən hiss etdim ki, hələ də klubun planlarında yerim var və komandanın məqsədlərinə çatmasına kömək edə bilərəm. Elə bu hiss mənə qalmaq qərarı verdirdi”, — deyə Fernandeş bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” cari mövsümdə avrokuboklarda təmsil olunmur. Premyer Liqada isə “qırmızı şeytanlar” 8 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Bruno Fernandes ,Mançester Yunayted,Klub,Transfer,Todaypress.tv,