“Beşiktaş”ın Avropa Liqasında ulduzlarla dueli: rəqiblər açıqlandı
“Beşiktaş” klubunun UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, İstanbul təmsilçisi qitənin ikinci dərəcəli klub turnirinin əsas mərhələsində “Bayer 04”, “Marsel”, “Seltik”, “Union”, “Omoniya”, “Kristal Pelas”, “Hoffenhaym” və “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Beşiktaş” Avropa Liqasının əsas mərhələsinə Litvanın “Kauno Jalgiris” klubunu mübarizədən kənarlaşdıraraq vəsiqə qazanıb.
İstanbul klubu cavab görüşündə rəqibinə 0:1 hesabı ilə uduzub. Lakin ilk matçda 3:0 hesablı qələbə qazanan “qara qartallar” iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə üstün olub və növbəti mərhələyə yüksəlib.
“Kauno Jalgiris” isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
Avropa Liqasının əsas mərhələsi sentyabrın 16-da start götürəcək.
Namiq HUN