Benzia “Əl-Feyha” ilə anlaşdı
“Qarabağ” klubunun sabiq futbolçusu Yassin Benzia özünə yeni klub tapıb.
TodayPress TV xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
O, “Əl-Feyha” klubu ilə 1 illik müqavilə imzalayıb.
Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ” klubunun şərəfini qoruyub.
Namiq HUN