Bekkerdən Kiryosa dəstək: “Hamımız insanıq, səhvlər edirik”

Bekkerdən Kiryosa dəstək: “Hamımız insanıq, səhvlər edirik”
25.08.2026 17:47 İdman

Boris Bekker Nik Kiryosun müsbət dopinq testi barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tennis World USA” məlumat yayıb.

“Böyük dəbilqə” turnirlərinin altıqat qalibi, keçmiş dünya 1 nömrəsi Boris Bekker avstraliyalı tennisçi Nik Kiryosun dopinq testinin müsbət nəticə verməsi ilə bağlı fikirlərini bölüşüb. Kiryosun analizlərindən birində kokain aşkarlanıb.

“Onun dopinq testi müsbət çıxıb. Bu halda söhbət kokaindən gedir. Təəccübləndimmi? Xüsusilə yox. Son vaxtlar onu necə gördüyümü nəzərə alsaq, çox da təəccüblənmədim. İndi əsas məsələ maddəni matçdan əvvəl qəbul edib-etməməsidir. Əgər belədirsə, düşünürəm ki, ən azı iki il müddətinə diskvalifikasiya olunacaq. Yox, əgər matçdan sonra, yəni turnir zamanı olmayıbsa, cəza daha yüngül olacaq”, – deyə Bekker bildirib.

Almaniyalı keçmiş tennisçi Kiryosun tənqidlərə etiraz edə bilməyəcəyini də bildirib. Onun sözlərinə görə, Kiryos özü Yannik Sinnerin dopinq işi zamanı italiyalı tennisçini kifayət qədər sərt tənqid edib. Simona Halep də həmin məsələyə münasibət bildirərək “karmadan” danışmışdı.

“Amma mən yenə də humanistəm və hamımız insanıq. Hamımız səhvlər edirik. Buna görə onun özünü toparlayacağına ümid edirəm. Ümid edirəm ki, bunun yanlış yol olduğunu anlayacaq. İdmanda narkotiklərə ümumiyyətlə yer yoxdur. Xüsusilə də söhbət gənclərdən gedəndə. Onun cəmi 31 yaşı var. Ümid edirəm ki, dostlarının köməyi ilə yenidən özünü tapacaq. Düşünürəm ki, o, bir qədər yolunu azıb. O, tennisə nə qədər çox bağlı olduğunu və dünya reytinqinin zirvəsində olmağı, yenidən turnirlərdə iştirak etməyi necə arzuladığını başa düşdüyünü deyib”, – Bekker vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər