Bədii gimnastların San-Marino uğuru

İdman

08.09.2025 15:44

Gimnastlarımız 5-7 sentyabr tarixlərində San-Marino şəhərində təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış edərək 7 dəfə fəxri kürsüyə qalxıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Yarışda ölkəmizi böyüklər arasında İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında isə Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər. 

Bədii gimnast Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) ilə hərəkətlər proqramlarında qızıl medal qazanıb. Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) çıxışda qızıl, halqa (24.167 xal) ilə hərəkətlər proqramında isə gümüş medala layiq görülüb. Gürzlərlə hərəkətlər proqramında hakimlərdən 25,567 xal alan Gövhər İbrahimova bürünc medalla kifayətlənib. 

Qeyd edək ki, gimnastlarımız çoxnövçülük proqramında da fərqləniblər. Azadə Atakişiyeva (93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) turnirin bürünc medalına sahib çıxıblar. 

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,Gimnast,Turnir,San-Marino,Todaypress.tv,