III MDB Oyunları: Medal sıralamasında ikinci olduq
İdman
08.10.2025 17:27
Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında ikinci yeri tutub.
TodayPress TV xəbər verir ki, son yarış günündə bədii gimnastlar milli komandanın aktivinə daha altı medal yazdırıblar.
Nəticədə Azərbaycan komandasının Oyunlardan qazancı 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal olub. Azərbaycan idmançıları medal sayına görə 2021-ci ildən keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisinə imza atıblar.
III MDB Oyunlarının qalibi adını 231 medalla Rusiya komandası qazanıb. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.
İlk üçlüyü isə 122 medalla Belarus komandası təşkil edib. Oyunların 32 qızıl medalını qazanan belaruslu idmançılar 38 dəfə ikinci, 52 dəfə isə üçüncü yerlə kifayətləniblər.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
