Kişi şahmatçılarımız liderləri izləməyə davam edir

İdman

09.10.2025 11:35

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycanın kişi yığması heç-heçə edib, qadınlarımız isə ilk dəfə məğlub olub.

TodayPress TV xəbər verir ki, qitə çempionatının IV turu şahmatçılarımız üçün qələbəsiz keçib.

Kişi şahmatçılardan ibarət millimiz yarışın favoritlərindən olan Niderland komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. 

Milimiz 6 xalla 3–9-cu yerləri bölüşür. 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb. Millimiz Almaniyaya 1,5:2,5 hesabı ilə uduzub. 

Nəticədə Aktivində 5 xalı olan millimiz dördüncü yerdən yeddinci pilləyə enib.

Namiq HUN

TodayPress TV

tag: Kişi,şahmat,Yarış,Oyun,Todaypress.tv,

photo