“Barselona”da Alvares düyünü: Flikdən sərt açıqlama

“Barselona”da Alvares düyünü: Flikdən sərt açıqlama
26.08.2026 15:27 İdman

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko”nun hücumçusu Xulian Alvaresin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

“Bu mövzuda danışmaq istəmirəm. Hər şey bir məsələyə gəlib çıxır: ya Xulian, ya da yeni hücumçu olmadan davam edəcəyik. Klubdakı vəziyyətdən xəbərim var. Çox yaxşı transferlər həyata keçirilib. Klub gələcəyi düşünməlidir, mən isə məşqçi kimi daim daha artığını istəyirəm.

Komandama tam güvənirəm və həll yolları tapmalı olacağıq. Futbolçuların səviyyəsi çox yüksəkdir. Deko əla iş görür. Biz həm indiki, həm də qarşıdakı 3-5 il üçün ən yaxşı variantı düşünürük. Klub üçün sabitlik istəyirik”, – deyə Flik bildirib.

Qeyd edək ki, Alvaresin “Barselona”ya mümkün keçidi ilə bağlı vəziyyət hələ də mürəkkəbdir. Argentinalı hücumçu yay boyunca Kataloniya təmsilçisinə transfer variantını nəzərdən keçirib. Lakin “Atletiko” rəhbərliyi futbolçunu buraxmaq niyyətində deyil.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər