“Barselona” Levandovskini itirdi
“Barselona” klubunun hücumçusu Robert Levandovski La Liqanın ilk 3 turunun oyunlarını buraxacaq.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Polşalı forvard sol ayağını zədələyib. Onun yaşıl meydanlara sentyabrın ortalarında qayıdacağı gözlənilir.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm La Liqada keçirdiyi 34 oyunda 27 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN