Barkolanın transferində həlledici an: Razılaşma hər an açıqlana bilər

Barkolanın transferində həlledici an: Razılaşma hər an açıqlana bilər
27.08.2026 08:45 İdman

PSJ və “Liverpul” klubları hücumçu Bredli Barkolanın transferi ilə bağlı danışıqlarda son dərəcə irəliləmiş mərhələyə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında razılaşmanın əldə olunması istənilən an baş verə bilər. Danışıqlarda hər iki klubun sahibləri də iştirak edir və onlar transfer pəncərəsinin bağlanmasına qədər bütün sənədlərin rəsmiləşdiriləcəyinə ümid edirlər.

Daha əvvəl PSJ-nin 23 yaşlı futbolçunun transferindən təxminən 170 milyon avro əldə etmək istədiyi bildirilmişdi. Lakin Paris təmsilçisi sonradan qiymət tələbini təxminən 146 milyon avroya endirib.

Qeyd edək ki, Barkola ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər