Badmintonçumuz mundiala qələbə ilə başladı
İdman
26.08.2025 17:51
Fransada badminton üzrə dünya çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycan Paris turnirində ilk dəfə baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunur.
Bamdinton üzrə milli komandamızın lideri Edi Reski Dviçayo mundiala qələbə ilə başlayıb. Tokio və Paris olimpiadalarının iştirakçısı kişi badmintonçuların şəxsi yarışında dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabe üzərində qələbə qazanıb – 2:0 (21-19,21-18). Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.
Digər badmintonçumuz Diki Pangestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21,21-16,14-21) hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olub.
Namiq HUN
tag: Edi Reski Dviçayo,Badminton,Mundial,Qələbə,Todaypress.tv,