Azərbaycanın şahmat millisi birinci pilləyə yüksəldi

İdman

13.10.2025 22:00

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında birinci pilləyə yüksəlib.

TodayPress TV-nin məlumatına görə, buna yığmanın VIII turda Ukraynaya qalib gəlməsi səbəb olub.

Qarşılaşma komandamızın 2,5:1,5 qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli mübarizə aparıblar.

Yeganə qələbə Rauf Məmmədovun aktivinə yazılıb. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə bərabərə qalıblar.

Kişilərdən ibarət milli sona bir tur qalmış 13 xalla Ukrayna komandasını qabaqlayaraq birinci yerdədir.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.

TodayPress TV

tag: Şahmat, Azərbaycan, Milli, Batumi, todaypress.tv,