Avropa çempionatı: İki boksçumuz finala yüksəldi
İdman
08.10.2025 10:06
Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin iki boksçusu finala yüksəlib.
Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnierlə (Fransa) döyüşəcək.
Bilalhəbaşi Nəzərov (50 kq) isə Lonut Razvan Panaintenə (Rumıniya) hər üç raundda qalib gəlib - 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26). Nəzərov həlledici görüşdə Tommaso Orlando (İtaliya) münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) isə qitə yarışının bürünc medalı ilə kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatında final döyüşləri oktyabrın 10-da keçiriləcək.
Namiq HUN
tag: İdman,Milli,Boks,Final,Todaypress.tv,
