“Aston Villa” “Nitsa”nın bombardirini transfer etdi

“Aston Villa” “Nitsa”nın bombardirini transfer etdi
09.08.2025 16:55 İdman

Fil Dişi Sahili millisinin hücumçusu Evan Qessan “Nitsa” klubundan İngiltərə “Aston Villa”sına transfer olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Forvardla müqavilənin müddəti və transfer məbləği açıqlanmayıb. Qessan “Nitsa”nın yetirməsidir və ötən mövsüm Liqa 1-də 33 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar futbolçusu olub.

24 yaşlı hücumçunun aktivində həmçinin Fil Dişi Sahili millisində 10 oyun və 1 qol var. 

Namiq HUN

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər