Arman Duplantis 13-cü dünya rekordunu qırdı

İdman

13.08.2025 11:09

Şüvüllə tullanmada isveçli Arman Duplantis Budapeştdə 6,29 metr hündürlüyü ram edərək 13-cü dəfə dünya rekordu müəyyən edib.

TodayPress TV xəbər verir ki, “Mondo” ləqəbli atletin yolu 2020-ci ilin fevralında başlayıb. 

O, Polşanın Torun şəhərində 6,17 metr hündürlüyə tullanaraq, kumiri Renaud Lavillenienin səkkizillik rekordunu yeniləyib.

Cəmi bir həftə sonra 20 yaşlı atlet Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr hündürlüyə  tullanıb.

2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyərək (6,19; 6,20; 6,21 m) həm qapalı, həm də açıq havada təşkil olunan  dünya çempionatlarında qızıl medal qazanıb.

2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.

Paris Olimpiadasında 6,25 m hündürlüyə tullanmaqla rəqibləri üçün əlçatmaz olan Duplantis ili 6,26 metrlik  Katovits uğuru ilə bitirib. 

2025-ci ildə isə “Mondo” Budapeştə qədər Klermon-Ferrandda (6,27 m) və Stokholm (6,28 m) uğurları ilə iki rekord qırıb. 

Namiq HUN

tag: Armand Duplantis , Olimpiya, Rekord,Yarış,Todaypress.tv,