“Formula1” komandaları üçün yeni büdcə limiti təsdiqləndi

İdman

25.09.2025 15:32

FIA-nın biryerlik avtomobillər üzrə maliyyə direktoru Federiko Lodi 2026-cı il mövsümündən etibarən “Formula1” komandalarının xərclər limitinin artırılmasının səbəblərini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Racingnews365 məlumat yayıb. 

Bildirilib ki, bu qərar dünya üzrə 2021-ci ildən bəri toplanan inflyasiya və hazırda limitdən kənara çıxan bəzi xərclərin nəzərə alınması ilə bağlıdır.

Yeni qaydalara əsasən, 2026-cı ildən etibarən hər komanda üçün büdcə limiti 215 milyon ABŞ dolları olacaq. Lodi bildirib ki, bu artım əslində komandaların əlavə vəsait xərcləməsi deyil, əvvəl limitə daxil edilməyən xərclərin indi büdcə çərçivəsinə salınmasıdır.

O, həmçinin vurğulayıb ki, müxtəlif məqsəd və prioritetlərə malik 11 komandanın razılığa gəlməsi üçün FIA kompromisə getməli olub: 

“Bu prosesi tənzimləmək çətin və vaxt aparandır, amma bütün komandaların dəstəyi üçün böyük iş görülməlidir”.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Büdcə,Limit,Artım,Todaypress.tv,