Argentina tanınmış futbol mütəxəssisini itirdi

İdman

09.10.2025 10:05

Argentinanın "Boka Xuniors" futbol klubunun baş məşqçisi Migel Anxel Russo vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun "X" hesabında məlumat yayılıb.

Argentina Futbol Assosiasiyası 69 yaşlı Russonun ölümü ilə bağlı başsağlığı verib.

Migel Anxel Russo bir neçə ildir xərçənglə mübarizə aparırdı. 

Qeyd edək ki, Russo sonuncu dəfə bu ilin iyununda “Boka Xuniors”un baş məşqçisi təyin edilib. O, daha əvvəl 2007-ci və 2019-2021-ci illərdə də klubda çalışıb. “Boka Xuniors” onun rəhbərliyi altında Libertadores Kubokunu (2007), Argentina Futbol Çempionatını (2019-2020), Peşəkar Argentina Futbol Liqası Kubokunu (2020) və Argentina Futbol Kubokunu (2019-2020) qazanıb.

1989-cu ildə məşqçiliyə başlayan Russo “Boka Xuniors”la yanaşı, “Lanus”, “Veles”, “San-Lorenso”, “Əl-Nəsr”, “Millonarios” və “Estudiyantes” klublarında çalışıb.

Namiq HUN

TodayPress TV

tag: Migel Anxel Russo,Vəfat,Məşqçi,Klub,Todaypress.tv,