Kannavaro Asiyada milli komandanı çalışdıracaq

İdman

06.10.2025 17:15

Futbol üzrə dünya çempionu və “Qızıl top” mükafatı sahibi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi təyin olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Kannavaronun məşqçilər heyətinə köməkçisi Eujenio Albarella, fiziki hazırlıq üzrə məşqçi Troize Françesko və qapıçılarla məşqçi Antonio Kimenti daxil olacaq.

“Özbəkistan Futbol Assosiasiyası 2006-cı il dünya çempionu, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən biri və tanınmış mütəxəssis Fabio Kannavaro ilə müqavilə imzalayıb. İtaliyalı məşqçi komandamızı ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlayacaq”, - deyə qurumun bəyanatında qeyd olunub.

Qeyd edək ki, Özbəkistan millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Özbəkistan,Klub,Fabio Kannavaro,Baş məşqçi,Todaypress.tv,