Ançelotti Braziliya yığmasında ilk heyətini açıqladı
Braziliya yığmasının yeni baş məşqçisi Karlo Ançelotti ilk heyətini açıqlayıb.
TodayPress TV xəbər ki, italiyalı mütəxəssis yarımmüdafiə və hücum xəttində əsasən legioner həyatı yaşayan futbolçulara üstünlük verib.
Ançelottinin milliyə dəvət göndərdiyi 25 futbolçudan 17-si Avropada top qovur.
Antoni və Kazemiro 2023-cü ildən sonra ilk dəfə milliyə çağırılıblar. Papa Karlo İspaniya nəhəngləri “Real Madrid”dən Vinisius Junioru, “Barselona”dan isə Rafinyanı dəvət edib.
Braziliya yığma komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvador (6 iyun) və Paraqvay (10 iyun) milliləri ilə qarşılaşacaq.
Qapıçılar: Alisson (“Liverpul”, İngiltərə), Bento Krepski (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı), Huqo Sousa (“Korintians”);
Müdafiəçilər: Aleks Sandro ("Flamenqo"), Aleksandro ("Lill", Fransa), Lukas Beraldo (PSJ, Fransa), Karlos Auqusto ("İnter", İtaliya), Danilo ("Flamenqo"), Leo Ortiz ("Flamenqo"), Markinyos (PSJ, Fransa), Uonderson (Monako, Fransa), Uesli (Flamenqo).
Yarımmüdafiəçilər: Andreas Pereyra ("Fulhem", İngiltərə), Andrey Santos ("Strasburq", Fransa), Bruno Gimaraes ("Nyukasl", İngiltərə), Kazemiro ("Mançester Yunayted", İngiltərə), Ederson ("Atalanta", İtaliya), Gerson ("Flamenqo").
Hücumçular: Antoni ("Betis", İspaniya), Estevan ("Palmeyras"), Martinelli ("Arsenal, İngiltərə), Mateus Kunya (Vulverhempton, İngiltərə), Rafinya ("Barselona", İspaniya), Riçarlison ("Tottenhem", İngiltərə), Vinisius Junoir ("Real", İspaniya).
Namiq HUN
tag: Real Madrid,Barselona,Karlo Ançelotti,Braziliya,todaypress.tv,