Mudrik futbolu yüngül atletikaya dəyişdi
İdman
20.09.2025 10:45
“Çelsi” klubunun və Ukrayna millisinin hücumçusu Mixail Mudrik idmanın yüngül atletika növünə keçməyi qərara alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
24 yaşlı futbolçu yüngül ayletika üztə milli komandada məşqlərə başlayıb. Keçmiş olimpiyaçıların nəzarəti altında hazırlaşan Mudrik 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırır.
Xatırladaq ki, dopinq qəbul etməkdə ittiham olunan Mixail Mudrik 2024-cü ilin dekabrından etibarən futboldan kənarlaşdırılıb. İyun ayında İngiltərə Futbol Assosiasiyası (FA) Mudrikə qarşı rəsmi olaraq dopinq qaydalarını pozmaq ittihamı irəli sürüb. Nəticədə forvard dörd il müddətinə cəzalandırılıb.
Mudrik “Çelsi”də 2023-cü ilin yanvarından çıxış edir. O, son mövsüm meydana çıxdığı 15 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Mixail Mudrik,Çelsi,Futbol,Yüngül atletika,Todaypress.tv,