Alvaro Morata "Qalatasaray"dan ayrılacaq

Alvaro Morata "Qalatasaray"dan ayrılacaq
07.08.2025 20:10 İdman

İcarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Alvaro Morata klubdan ayrılmağa yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.

Müqavilə əsasında "Milan"a (İtaliya) məxsus olan ispaniyalı forvardın icarə sözləşməsinə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.

32 yaşlı hücumçunun karyerasını yenidən İtaliyada davam etdirməsi gözlənilir. O, yaxın günlərdə "Komo" klubu ilə anlaşa bilər.

Qeyd edək ki, A.Morata 2025-ci ildə "Qalatasaray"a keçib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər