Alvares qalmaqalı böyüyür: “Barselona” “Atletiko”ya cavab verdi

Alvares qalmaqalı böyüyür: “Barselona” “Atletiko”ya cavab verdi
28.08.2026 08:26 İdman

“Barselona”nın vitse-prezidenti Rafa Yuste Madrid “Atletiko”sunun rəhbəri Migel Anxel Xilin hücumçu Xulian Alvaresin Kataloniya təmsilçisinə mümkün transferi ilə bağlı sərt açıqlamalarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Bu barədə COPE məlumat yayıb.

Bildirilir ki, daha əvvəl Xil “Atletiko”nun Alvaresin transferi ilə bağlı “Barselona” ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb. Madrid təmsilçisi həmçinin kataloniyalıları qeyri-etik davranışda və argentinalı futbolçuya təsir göstərməyə çalışmaqda ittiham edib.

Yuste isə bu fikirlərin qəbuledilməz olduğunu vurğulayıb:

“Bu sözlər qırmızı xətti keçir. Xüsusilə də bu fikirlər Migel Anxel Xil tərəfindən səsləndirildiyi üçün onları ümumiyyətlə başa düşmürəm. Mən bu mövqeni bölüşmürəm və təbii ki, belə açıqlamalardan narazıyam.

Biz rəqiblərimizə, “Atletiko” klubuna və dünyanın bütün futbolçularına hörmət edirik. Əgər hansısa futbolçu komandamıza gəlmək istəyirsə, bu, şübhəsiz ki, bizi sevindirir. Biz tamamilə sakitik. Vicdanımız bizə idman və peşəkarlıq prinsiplərinə zidd hərəkət etməyə imkan vermir”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər