Alonso: “Bellinqemlə Güler bir-birini yaxşı tamamlayır”

İdman

22.09.2025 13:10

“Real Madrid”in baş məşqçisi Xabi Alonsonun sözlərinə görə, Bellinqem və Güler komandanın oyununa yeni imkanlar yaradır. 

TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə fikirlərini bölüşüb.

“Bellinqem hücum yönümlü yarımmüdafiəçidir və həm digər yarımmüdafiəçilərlə, həm də hücumçularla qarşılıqlı oyunda təsirli çıxış edə bilir. Onun imkanları genişdir, nə qədər çox ondan istifadə etsək, bir o qədər yaxşı oynayacağıq. Avqustdan etibarən əlaqələri qurmağa başlamışıq. Uzunmüddətli zədələrdən sonra komandada əlavə variantlarımız var. Bu, çox yaxşı xəbərdir”.

Məşqçi həmçinin Bellinqemlə Gülerin uyğunluğundan danışıb:

“Onlar oxşar mövqelərdə çıxış edə və birlikdə oynaya bilərlər. Klublararası dünya çempionatında da bunu gördük. Bir-birini yaxşı tamamlayırlar. Bellinqem öz diapazonu və ustalığı ilə, Arda isə onunla qarşılıqlı oyunu ilə seçilir. Bu, Valverde, Çuameni və Sebalyos kimi oyunçularla birlikdə yaxşı kombinasiyalar qurmağa imkan verir. San-Sebastyandakı oyunda bunu göstərdik. Bu, mənim üçün idarəetmədə yeni imkanlar açır”, - deyə Alonso vurğulayıb. 

Namiq HUN

tag: Xabi Alonso,Gülər,Bellinqhem,Todaypress.tv,