AFFA Azərbaycan millisi ilə bağlı qərar verdi

İdman

30.09.2025 11:33

Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

TodayPress TV Sportinfo.az-a istinadən xəbər verir ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra boş qalan posta Ayxan Abbasov təyinat alıb.

AFFA rəhbərliyi bu gün məsələyə nöqtə qoyub. Tərəflər bütün məsələlərdə ortaq razılığa gəlib.

Ən qısa zamanda federasiya Abbasovun təyinatını ictimaiyyətə açıqlayacaq.

Təcrübəli mütəxəssislə uzunmüddətli plan nəzərdən tutulub. Onun qarşısına hazırkı seçmə mərhələdə hər hansı xal tələbi qoyulmayıb. Yalnız layiqli mübarizə, bərk komanda yaradılması əsas prioritet seçilib.

Xatırladaq ki, 44 yaşlı baş məşqçi son olaraq U-21 millimizin baş məşqçisi idi. Ayxan Abbasov paralel olaraq həm də "Şamaxı"nı çalışdırırdı. O, bundan sonra da bölgə klubunda işinə davam edəcək. Amma gənclər millisində yeni sima işə başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Milli,Baş məşqçi,Təyinat,Todaypress.tv,