AFFA “Sabah”ı cərimələdi
İdman
01.10.2025 14:40
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
TodayPress TV xəbər verir ki, iclasda Premyer Liqanın VI turunda intizam qaydalarının tələbləri pozulduğuna görə müvafiq qərarlar qəbul edilib.
“Sabah” – “Sumqayıt” oyununda işığın sönməsi səbəbindən matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimələnib. Bundan başqa “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat ziyana düşüb. Oyunun 90+4-cü dəqiqəsində isə “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Masazır təmsilçisi isə 10000 manat cərimələnib.
“Turan Tovuz” – “Kəpəz” oyununda Gəncə təmsilçisinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə ödəyəcək.
Namiq HUN
tag: AFFA,Sabah, Cəza, Qərar,Todaypress.tv,
