AFC Özbəkistanı cəzalandırdı

İdman

08.10.2025 12:49

Özbəkistan Futbol Assosiasiyası (AFU) Asiya Futbol Konfederasiyasına (AFC) böyük məbləğdə cərimə ödəyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Daryo” nəşri məlumat yayıb. 

Bildirilir ki, AFC-nin İntizam Komitəsi AFU-nu 341 500 dollar cərimələyib. Səbəb 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Daşkənddə keçirilən Özbəkistan-Qətər (3:0) matçından sonra futbolçulara hədiyyə olaraq BYD markalı avtomobillərin stadiona çıxarılması göstərilir.

AFC-nin tələblərinə əsasən, stadionun ərazisində, meydança və onun perimetri daxilində yalnız təşkilatın rəsmi sponsorlarının brendləri nümayiş etdirilməlidir. Dünya çempionatının seçmə mərhələsinin bütün oyunları konfederasiyanın himayəsi altında keçirilir və hər bir ev sahibi ölkə ondan müəyyən məbləğdə maliyyə alır.

Namiq HUN

TodayPress TV

tag: AFC,Özbəkistan,Cəza,Qərar,Todaypress.tv,