General Həsənov vəzifəsindən azad edildi- YENİ TƏYİNAT

General Həsənov vəzifəsindən azad edildi-  YENİ TƏYİNAT
31.05.2025 21:45 Hərbi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

TodayPress TV  "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.

Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzinin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər