“Ən yaxşı snayper” adı uğrunda yarış keçirildi

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirildi
26.05.2025 17:56 Hərbi

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

TodayPress TV xəbər verir ki, Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın yekununda qalib komandalara mükafatlar təqdim olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər