Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra etdi

Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra etdi
29.05.2025 12:42 Hərbi

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

TodayPress TV xəbər verir ki, təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb.

“Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

FOTOLAR

Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra etdi — 1
Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi atışlar icra etdi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər