11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi

11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi
28.05.2025 11:45 Hərbi

İslamabad şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.

FOTOLAR

11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi — 1
11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi — 2
11-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər