Sumqayıtda zəncirvari qəza baş verdi
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərin Sülh prospektində baş verib.
İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.