Şəmkirdə 12 min ton ot bağlaması yandı

Şəmkirdə 12 min ton ot bağlaması yandı
05.01.2026 07:45 Hadisə

Şəmkirdə yanğın olub.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki kənd sakininə məxsus fermanın həyətində yığılmış ot bağlamasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində alovun qarşısı alınıb.

Yanğın zamanı fermanın həyətində toplanmış 12 min ot bağlaması yanıb.

Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər