Qarpızın içərisində narkotik vasitə aşkarlandı

Qarpızın içərisində narkotik vasitə aşkarlandı
01.01.2026 13:04 Hadisə

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya qarpız aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

TodayPress TV xəbər verir ki, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər