Pirotexniki vasitələr satan 20 nəfər saxlanıldı

Pirotexniki vasitələr satan 20 nəfər saxlanıldı
27.12.2025 11:51 Hadisə

26 dekabr pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər