Göygöldə qəza- Xəsarət alanlar var

Göygöldə qəza- Xəsarət alanlar var
26.12.2025 22:00 Hadisə

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZ 3110" ilə "Mersedec Vito" markalı mikroavtobus toqquşub. Qəza zamanı 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü  Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər