Gəncədə 59 yaşlı qadını avtomobil vurdu
Gəncədə qadını avtomobil vurub.
TodayPress TV-nin məkumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Mersedec" markalı minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü S Məmmədovanı vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.