Dünən yanan ərazidən bu gün kişi meyiti tapıldı
Ötən gün Gəncədə bitişik evlərdə baş verən yanğından sonra bu gün həmin ərazidən yanmış kişi meyiti tapılıb.
TodayPress TV "Qafqazinfo"ya istinadla xəbər verir ki, yanan şəxsin evlərdən birində yaşayan Camal Zeynalov olduğu müəyyən edilib.
Məlumata görə, 40 yaşlı kişinin içki aludəçisi olduğu bildirilir.